11 Sentyabr 2019 11:26
1 548
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə istehsalı olan "Zalim İstanbul" serialı növbəti mövsümünə start verib.

Ötən həftə ekran işində evin oğlu Cenk Karaçayla xidmətçinin qızı Cerenin sevişmə səhnəsi tənqid olunmuşdu.

Gənc aktrisa Bahar Şahin tənqid hədəfi olduqdan sonra çəkildiyi cəsarətli səhnəylə bağlı jurnalistlərə açıqlama verib.

Sənətçi bakirəliyinin pozulması ilə bağlı səhnədə çox utandığını etiraf edib.

O, sözügedən səhnənin çəkilişi zamanı rejisora "siz baxmayın" deyə, xahiş etdiyini bildirib.

Bahar Şahin çəkilişdən sonra evə gedib ağladığını da söyləyib.

Qeyd edək ki, "Zalim İstanbul"da baş rolları Fikret Kuşkan, Deniz Uğur və Mine Tugay canlandırır./Axşam.az/


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər