18 Sentyabr 2019 23:57
1 021
12 Punto 14 Punto 16 Punto 18 Punto

Məşhur rok ulduzu Rod Styuart 3 ildir mübarizə apardığı xərçəng xəstəliyinə qalib gəlib.

Teleqraf.com xəbər verir ki, prostat xərçəngindən əziyyət çəkən 74 yaşlı ifaçı artıq tamamilə sağaldığını deyib. 2016-cı ildə xəstə olduğunu öyrənən Syuart erkən diaqnozun önəmini vurğulayıb. O, kişilərə səslənərək, mütəmadi həkim nəzarətindən keçməyi məsləhət görüb. Müğənni eyni zamanda stresdən, içkidən və digər pis vərdişlərdən uzaq durmağı tövsiyyə edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər