17 Sentyabr 2014 10:11
3 972
12 Punto 14 Punto 16 Punto 18 Punto

Məşhur müğənni Ledi Qaqa Türkiyədə pərəstişkarlarıyla görüşüb.

Teleqraf.com-un Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, müğənni Avropa turu çərçivəsində 21 TIR və 144 nəfərlik qrupla İstanbula gəlib. Səhnəyə vaxtında çıxan Qaqa, pərəstişkarlarını türkcə, "İstanbul sizi sevirəm" sözləriylə salamlayıb.

Ledi Qaqa konsert əsnasında 10 dəfə paltarını dəyişib. O, bunu səhnədə 30 saniyə kimi qısa bir müddətdə edib.

Konsertə gələn homoseksual pərəstişkarlarına da səslənən amerikalı müğənni: "Dünyanı gəzdim. İnanın gey olmaq çox çətindir. Nə olduğunuzdan utanmayın və özünüzlə qürur duyun. Çünki Allah hamımızı sevir" söyləyib.

Müğənni Avropa turu çərçivəsində 68 şəhərdə olacaq.


Müəllif:

Oxşar xəbərlər