3 Fevral 2020 10:44
2 260
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Bir dəfə aparıcı Zaur Kamalın verilişinə çıxmağım üçün ona şərt qoymuşam, tək gəlməklə bağlı. Düzdür, mənə qarşı heç nə etməyib. Amma kənardan izləyirəm, görürəm. Qadınlara, sənət dostlarıma sataşır. Onlara ikibaşlı suallar verir, silikonlarını yoxlayır. Onlar mənə yaddır".

Bu sözləri Teleqraf.com-açıqlamasında əməkdar artist Lalə Məmmədova aparıcı Zaur Kamal haqqında danışarkən deyib.

Müğənni bir neçə öncə həmkarı Pişik Günelin (Günel Ələkbərova) Zaur Kamalı tənqid etməsinə də münasibət bildirib: "Ondan öncə mən Zaur Kamala demişdim ki, efirdə qonağa "sən" deyə müraciət etmək olmaz. Müğənni ilə dost ola bilərsən, amma efirdə “sən”, “sənin ərin”, “sənin uşaqların belə etdi” və sair kimi məişət söhbətini efirə gətirmək olmaz. Bu kamera arxasında olmalıdır".

Xatırladaq ki, Günel Ələkbərova Zaur Kamalın müğənniləri verilişində alçatdığını iddia etmişdi.

Lalə Məmmədova müğənnilərin konsertdən gəlir əldə etmədiyini də açıqlayıb: "Konsertdən pul qazanan müğənni var? Röya Ayxandan soruşacam görək nə qədər qazandı? Bəlkə o, konsertindən qazana bilər, amma inanmıram ki, milyonlar qazansın. Röya xanım da boynuna alacaq ki, sırf gəlir yerimiz toylardır".

Əməkdar artist bildirib ki, əsas gəlir yeri toylardır: “Başqa hardan dolanaram? Bir müddət əvvəl dedim ki, ayda 300 manat maaş alıram, camaat elə bildi, deyirəm, 300 manatla dolanıram. 195 manat Azərbaycan televiziyasından, 100 manat da əməkdar artist fəxri adına görə alıram. Cəmi 300 manat…

Mən bunu deyəndə düzgün anlamadılar, topa-tüfəngə tutmağa başladılar ki, 300 manat alır, amma toylara necə geyinib gəlir... Müsahibəni sona qədər oxumayıblar. Əlbəttə, toylardan qazanmasam bu cür geyinə, mahnı yazdıra bilmərəm".

Günü-gündən arıqlayan müğənni bunun səbəbini də açıqlayıb: "60 kilo olanda fövqalədə vəziyyət elan edirəm. Pəhrizdəyəm, idman edirəm, qaçıram. Hərdən tükəndiyim anlar olur. Onda yemək də yaddan çıxır".


Müəllif: Rəqsanə Həsənova