Məşhur müğənni Xəyyam Nisanov Teleqraf.com-un suallarını cavablandırıb.
- Yaradıcılıq planlarınızda hansı yeniliklər var?
- Bu il Heydər Əliyeva adına sarayda solo konsert verəcəm. Konsert bir günlük olacaq. Çoxlu yeni mahnılar səsləndirmişəm, artıq konsert hazırlıqlarına başlamışam. Artıq klip də çəkilib.
- Konsertdə Röya Ayxanla duetiniz olacaq?
- Bəli, Röya ilə duet oxumağı düşünürük.
- 14 fevral Sevgililər günü gəlir. Həyat yoldaşınıza nə sürpriz edəcəksiniz?
- Biz sevgililər gününü 14 fevralda deyil, 30 iyunda qeyd edirik. Azərbaycanda yaşadığımız üçün bütün adət-ənənələrə sadiq qalmalıyıq. Bilmirəm fevralın 14-ü kimlər üçün sevgililər günüdür, bizlər üçün deyil…
- Həyat yoldaşınıza hədiyyə etməyəcəksiniz?
- Ümumiyyətlə, həyat yoldaşıma adi gündə də hədiyyə edə bilərəm. Mənim üçün bayramın fərqi yoxdur.
Düzdür, sevgililər günündə xanımlar üçün daha diqqət xoşdur. Amma dediyim kimi, milli sevgililər günü bizim üçün iyunun 30-dur.
- Həyat yoldaşınıza qarşı qısqancsınız?
- Bəli, qısqancam. Çalışıram, həmişə bir yerdə olaq.
- Siz tanınmış insansınız. Bəs, həyat yoldaşınız necə, sizi qısqanırmı?
- Yəqin ki, yox. Çünki mənim peşəmə bələddir, işimi bilir. Bu məsələdə nə ona fürsət verirəm, nə də səbəb.
- Həyat yoldaşınız sosial şəbəkədə yoxdur. Qadağa qoymusunuz?
- Bu, hər ikimizin qərarıdır. Mən heç vaxt instaqramda ailəmin fotolarını paylaşmıram. Nə uşağımı, nə də həyat yoldaşımı heç vaxt instaqramda göstərmirəm. Demirəm ki, bu, pis haldır. Amma hər kəsin öz xarakteri var.
- Onları mediadan da da uzaq tutursunuz...
- Bəli, daim də uzaq tutacam. Biz birlikdə dünyanı, şəhərləri gəzirik. Amma o şəkilləri sosial şəbəkədə paylaşmağı xoşlamıram.