6 Aprel 2020 16:07
871
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xalq artisti Aygün Kazımova sosial şəbəkədə evindən foto paylaşıb.

Teleqraf.com xəbər verir ki, Aygün Kazımova foyoya "Gəlin, bir az bizdən danışaq. Evdə gününüz necə keçir?" qeydini yazıb.

Bütün rəyləri oxuduğunu deyən xalq artisti bir neçə suala da cavab verib.

O, evində vaxtını belə keçirdiyini açıqlayıb: "Mən də zamanımı faydalı keçirməyə çalışıram. İdmanla məşğulam, filmlər izləyirəm, mütaliə edirəm. Sizi üçün mahnılar hazırlayıram".

Sözügedən fotonu təqdim edirik:


Müəllif: Rəqsanə Həsənova