Moskvada yaşayan və koronavirusa görə 250 ailəyə yardım edən müğənni Rəqsanə İsmayılova əsəbiləşib.
Teleqraf.com xəbər verir ki, Rəqsanə İsmayılova İnstaqramda video paylaşaraq yardım etdiyi bir xanımın ünvanına sərt sözlər deyib:
"Mənə indi səs atıblar. Az qalır ki, hirsimdən ürəyim partlasın. Bu səsə layiqsiz bir insan, xahiş edirəm şəxsən mənə müraciət et! Görüm onun bu səsli qeydi yaymaqda məqsədi nədir? Deyib ki, mən pomidor, alma, peçeniyə, mandarin qoymuşam. Xahiş edirəm ki, ortalığa çıxsın. Ayıbdır, utanın yerə girin. Bu da bizim yaxşılığımz...
Sənin dədənə borcum yoxdur. Burada məndən başqa 30- 40 yad insan işləyir. Sənin kimi insanlara kömək etmək lazım deyil. Haramın olsun".
Qeyd edək ki, Rəqsanə İsmayılova Moskvada yaşayır. O, iş adamı Fazil Əmiraslanovla evlidir. Cütlüyün əkiz övladları var.