30 Sentyabr 2014 13:08
873
12 Punto 14 Punto 16 Punto 18 Punto

Aygün Kazımova : “Efirdə böyük-böyük danışıb, özünü gülünc yerinə qoyma”

Xalq artisti gənc ifaçılara məsləhətlər verib.

Teleqraf.com xəbər verir ki, müğənni “Onlar” verilişinə açıqlamasında “mənəm-mənəm” deyən müğənniləri qınayıb:

“Sənətə gələndə qarşına birinci olacam deyə məqsəd qoymalısan. Burada sənətdən söhbət gedir. Efirdə böyük-böyük danışıb, özünü gülünc yerinə qoyma. Baxırsan yaşı azdır, çıxıb yekə-yekə danışır. Ağzından bir kəlmə çıxaranda çox şeyi fikirləşməlisən. Birinciliyə potensialı olmayan “xoruz” kimi səs çıxaranda gülməlidir. Amma özünə inamlı şəkildə “Mən qarşıma düşən çətinliklərin öhdəsindən gələcəm. Bu sənətdə birinci olacam” demək daha gözəldir. Mən də sənətə gələndə qarşıma məqsədlər qoydum. Bilmirdim ki, vaxt gələcək xalq artisti adını alacam. Amma əmin idim ki, sənət üçün hər şey edəcəm, yeri gəlsə, ölümə də gedəcəm. Getdim də... Bilirdim ki, estradada məndən olmayacaq”.

Rüstəm


Müəllif:

Oxşar xəbərlər