19 May 2020 15:12
1 244
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Alatoranlıq" filmi ilə məşhurlaşan 30 yaşlı aktyor Qreqori Tayri Boys sevgilisi Natali Adepoju ilə Las-Veqasda evində ölü tapılıb.

Teleqraf.com xəbər verir ki, aktyor və sevgilisinin mayın 13-də öldükləri bildirilir.

Onların ölüm səbəbi ilə bağlı cinayət işi açılıb.

Aktyorun anası oğlunun yaxın zamanda restoran açmağa hazırlaşdığını deyib.


Müəllif: Rəqsanə Həsənova