3 Oktyabr 2014 19:05
1 065
12 Punto 14 Punto 16 Punto 18 Punto

Məşhur müğənni Ledi Qaqa dünya turnesi çərçivəsində verəcəyi konsert üçün Hamburqa gedib.

Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, böyük pərəstişkar ilə kütləsi qarşılanan məşhur müğənni onlarla şəkil çəkdirib.

Hər zamanki kimi iddialı və dəbdəbəli geyinən Qaqa burnuna taxdığı göz şəklindəki pirsinqlə də diqqət çəkib.

Məşhur müğənninin yaxın zamanda birlikdə olduğu Teylor Kinni ilə evlənəcəyi deyilir. Onların “Instagram” hesabında paylaşdıqları foto iddiaları daha da gücləndirib.

Rüstəm


Müəllif: