31 May 2020 11:57
1 103
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müğənni Nadir Qafarzadə "Ən yaxşısı" verilişinə qonaq olub.

Teleqraf.com xəbər verir ki, Nadir Qafarzadə dostunun ona külli miqdarda pul atdığını deyib: "Ailəmin içinə gələn adam idi. Şou-beznesdə deyil, başqa sahədə çalışır. Onun hansı sahədə çalışdığını deyə bilmirəm. Mənə külli miqdarda pul atdı.

O pulu əzab-əziyyətlə qazanmışdım. Siz elə bilirsiniz ki, toyda oxumaq asandır? Mənə özünü çox yaxşı göstərdi, etibarımı qazandı. Mən də insanları özüm kimi qəbul edirəm.

Üzümə gülür, amma bilmirəm ki, arxadan zərbə hazırlayır. Mənim etibarımı qazanmaq üçün restoranlara aparırdı, pulunu ödəyirdi. Bağışlaya bilmirəm, Allah bağışlayandır.

Pulun miqdarını demiyəcəm, ortada böyük sıfırlar var. Məndən pul götürdü ki, iş quracaq. Mənimlə bir illik müqavilə bağladı. Yaxşı ki, müqavilə də bağladıq. Amma ona dedim ki, müqavilə lazım deyil, biz dostuq. Dedi ki, yox müqavilə bağlayaq. Amma müqaviləni elə etmişdi ki, ümumiyyətlə, onun mənə borcu yoxdur. Bu adam hər şeyi planlı şəkildə edib".


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər