5 İyun 2020 12:20
4 244
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əməkdar artist Çingiz Əhmədov "Şou ATV" verilişində qalmaqallı açıqlamaları ilə diqqət çəkib.

Teleqraf.com xəbər verir ki, əməkdar artist fəaliyyət göstərdiyi Azərbaycan Dövlət Akademik Musiqili Teatrın rəhbəri Əliqismət Lalayevin ona mane olduğunu deyib:

"Artıq dözə bilmirəm. Heç vaxt ağlamamışam. Artıq əvvəlki Çingiz Əhmədov deyiləm. Sağ olsun ölkə başçımız İlham Əliyev aktyorların maaşlarını qaldırıb. Teatra akademik status verib. Hazırda bizim aktyorlarımız çox qəmginləşib.

2015-ci ildən 2018-ci ilə qədər Prezident Mükafatı alırdım. 2019-cu ildən mükafat ala bilmirəm. Teatrın rəhbəri Əliqismət Lalayev mane olur.

Mən teatrda böyümüşəm. Böyük-kiçik görmüşəm. Biz görmüşük ki, teatrda böyüyə hörmət olar. Oğlum İbrahimlə hər ikimiz depressiyadayıq. Mən heç vaxt ağlamamışam, bunu sevmirəm, ay ölürəm, ürəyim ağrıyır, ayağım yaradır və sair deməmişəm. Hər şeyi içimdə çəkmişəm. Sadəcə onu demək istəyirəm ki, ay teatrın rəhbəri, bizə vaxtında qiymət verin!

Qaldı oğluma, onun aktyor olacağını gözləmirdim. Hazırda reytinqdə məni keçib. Harasa gedən zaman özüm kənarda qalıram, hər kəs İbrahimdən danışır. İbrahim 6 ildir ki, Azərbaycam Dövlət Akademik Rus Dram Teatrında işləyir. İki il teatra gələnlər mükafat alırlar, altı il işləyən aktyora niyə mükafat verilmir? Mən bundan danışıram.

Mən onun tərəfdarı deyiləm ki, bir az işləsin, mükafatını alsın. Amma iki il gələn aktyor mükafata layiq görülür".


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər