Müğənni Nura Suri 5/5 verilişində qonaq olub.
Teleqraf.com xəbər verir ki, Nura Suri şəxsi həyatı haqqında danışıb: "Çox kaprizliyəm, hər adamla yola gedə, hər adamı qəbul edə bilmərəm. Ona görə də təkəm".
Müğənni aparıcının "İnstaqramda bir neçə bəyin fotosunu paylaşmısan. Deyilənə görə, Nura Suri həyat yoldaşlarının fotosunu paylaşır" fikrinə belə cavab verib: "Xeyr, bir neçə bəyin fotosunu paylaşmamışam. Səhifəm də açıqdır. Karantin dövründə keçmişdən şəkillər paylaşıram. Bizim haqqımızda bir çox şayiələr gəzir. Onların ağzına bir şillə olsun deyə.
Mən keçmiş həyat yoldaşımın, uşaqlarımım şəklini paylaşmışam. Onu hamı bilir ki, üç dəfə ailə qurmuşam və onların da şəklini paylaşmışam. Artıq-əskik çox danışırlar. Ayrılan bir xanımın yenidən ailə qurmasında problem yoxdur. Dördüncü dəfə niyə də ailə qurmayım.
İndiyə qədər adım hansısa insanla, həci ilə hallanıb? Hallanmayıb, həyat yoldaşlarım olub".
Müğənni "Sənin dərdin varmı?" sualına isə "Emosional insanam. Problemim oldu, qışqırdım, bağırdım. Yarım saatdan sonra yadımdan çıxdı. Həmin adamla sonra məclisdə salamlaşa bilərəm" deyə cavab verib.