19 İyun 2020 16:00
1 471
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin məşhur müğənnisi İbrahim Tatlısəs ailə sirlərini yayan şəxsdən hüquq-mühafizə orqanlarına şikayət edib.

Teleqraf.com-un məlumatına görə, şikayət əsasında bəlli olub ki, İbrahim Tatlısəsin ailəsinə məxsus sirləri oğlu Əhməd Tatlı yayırmış.

O, atasının şikayəti əsasında polis idarəsində dindirilib. İfadə verdikdən sonra mətbuat nümayəndələrinə görünməmək üçün məkanı arxa qapıdan tərk edib.

Qeyd edək ki, İbrahim Tatlısəs bir neçə gün öncə sosial şəbəkədə "Köstəbəyi tapmağa az qaldı" statusunu paylamışdı.


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər