Məşhur aktrisa Pərvin Abıyeva İnstaqramda canlı yayım açaraq haqqında yayılan rəqs videosuna münasibət bildirərkən xoşagəlməz hal yaşayıb.
Teleqraf.com xəbər verir ki, sosial şəbəkə istifadəçiləri Pərvin Abıyevanının qara rəngli zolaqlı paltarını erməni bayrağına oxşadıblar.
Bundan əsəbləşən aktrisa nalayiq sözlər işlədib.
O, şəbəkə izləyicisinə "Gözü ilə görür, amma deyir ki, belədir. Erməni bayrağı buna oxşayır? Ermənipərəst özünüzsünüz!" - deyə, cavab verib.
Aktrisa daha sonra İnstaqram izləyicilərindən üzr istəyərək canlı yayımı dayandırıb: "Əsəbiləşdim və nalayiq sözlər işlətdim. Buna görə yaxşı insanlardan üzr istəyirəm".