Xalq artisti Nəzakət Teymurova bağ evinin qapılarını ilk dəfə "Evdəkilərə salam" verilişinə açıb.
Teleqraf.com xəbər verir ki, o, pandemiyaya görə bağ evinə köçdüyünü açıqlayıb: "Bağ evimiz kiçikdir. Bağda heç vaxt bu qədər qalmamışdım. Pandemiyaya görə bura köçmüşük. Özümüzü koronavirusdan qorumağa çalışırıq".
Nəzakət Teymurova gözəllik sirrindən də danışıb: "Qızım Nigar da mənə kömək edir. Həmişə mənim makiyajıma, iş prinsipimə qarışır ki, mama, bunu et, onu et. Artıq universiteti bitirib".
Qeyd edək ki, Nəzakət Teymurovanın qızı Nigar nişanlıdır. Onun toy mərasimi koronavirus pandemiyasına görə təxirə düşüb.