8 Avqust 14:56
1 192

Müğənni Sevda Yahyayeva nişanlısı Zakir Bayramovla dəniz kənarında yeni fotosessiya etdirib.

Teleqraf.com xəbər verir ki, Sevda Yahyayeva fotosessiyasından görüntünü İnstaqramda hekayə bölümündə paylaşıb.

Müğənni nişanlısına "Bizim ilk fotosessiyamızdır. Xoşuna gəldi?"-deyə, müraciət edib.

Sözügedən görüntünü təqdim edirik:

Qeyd edək ki, Sevda Zakir Bayramov adlı həkimlə nişanlanıb. O, Leyla Medical Center-də (keçmiş Leyla Şıxlinskaya Klinikası) genetik-laborant olaraq çalışır. Cütlüyün toy mərasimi karantin rejiminə görə təxirə düşüb.


Müəllif: Rəqsanə Həsənova