Prodüser Tarix(Tolik) Əliyev şəxsi həyatı haqqında danışıb.
Teleqraf.com xəbər verir ki, Tolik kasıb ailəyə məxsus qızla evlənəcəyini açıqlayıb:
"Mən özüm varlı deyiləm. Amma ailə qursam çox kasıb bir xanımla ailə quracam. Mənə heç nə gətirməsin. Əsas odur ki, özü ilə namus, sevgi və sədaqət gətirsin". Tolik "Həyatınızda ən çox nəyə peşman olmusunuz?" sualına isə belə cavab verib: "Bir dostuma illərimi verdiyim üçün peşmanam. O da məni çox səviyyəsiz bir məxluqa dəyişdi, dəqiq desəm pula".