9 Sentyabr 2020 15:14
1 871
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müğənni Nadir Qafarzadə metronun açılması ilə bağlı yayılan fikrinə aydınlıq gətirib.

Nadir Qafarzadə Teleqraf.com-a açıqlamasında bu sözləri deyib: "Metorunun açılmasına qərar verən aidiyyəti dövlət qurumu var. Mən desəm ki, metro açılsın, açılacaqmı? Xanım mənə sual verdi və mən də cavabda o sözləri pis mənada demədim.

Dedim ki, ictimai nəqliyyatdan istifadə etmirəm və metronun açılmasının mənə aidiyyəti yoxdur. Burada nə var ki? Axı, mən kiməm? Bu qərar mənə aidiyyəti olmayan haldır və metro açılsa daha yaxşı olar.

Yaxud mən desəm ki, iş yerləri, restoranlar açılsın, açılacaq? Əlbəttə, bu, dövlətin qərarıdır. Mən istəyirəm ki, bütün iş yerləri açılsın. Yeddi aydır işsizəm və bunu ən çox mən istəyirəm.

İşsizlik yaxşı deyil və bekar adamlardan çox şey gözləmək olar. Bütün iş yerləri, restoranlar, ticarət mərkəzləri açılsın.

Axı, mən neyləmişəm? Sosial şəbəkədə belə reaksiya göstərirlər. Pulum olmayanda 50 minlik avtomobilimi satacam, 30 minlik yaxud daha ucuz maşın alacam. Əslində, bu məsələlərə münasibət bildirməməliyəm. Mən də vaxtilə kasıb yaşamışam və istəyirəm, pulsuzluq, işsizlik olmasın.

Yenə deyirəm, metronun açılıb-açılmaması haqda mən danışa bilmərəm, aidiyyəti dövlət qurumları var.
Sosial şəbəkədə fikrimi düzgün başa düşməyiblər, söyüşlər yazırlar. Söyüşlərin heç biri mənə gəlmir. Məni qoruyan Allahdır. Heç kimin qarğışı ilə dünyaya gəlməmişəm. Yollar açılsaydı bir müddət buradan uzaqlaşardım. Nəyə görə bir-birimizə düşmən kəsilmişik və bu qədər aciz olmuşuq?

İnstaqramda ptofilinə baxırsan qadın şəkli, amma küçə söyüşləri söyür. Azərbaycan qadını budurmu? Təbii ki, bəzilərini nəzərdə tuturam. Namuslu Azərbaycan qadını hamısı mənim ana və bacılarımdır".

Qeyd edək ki, Nadir Qafarzadənin "Mən metrodan istifadə etmirəm, nəyimə lazımdır? Ümumiyyətlə, mən ictimai nəqliyyatdan istifadə etmirəm" sözləri sosial şəbəkədə birmənalı qarşılanmayıb və müzakirələrə səbəb olub.


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər