Aparıcı Xoşqədəm Hidayətqızı Xəzər T V-də yayımlanan "Atəş xətti" verilişi üçün cəbhə bölgəsinə yollanıb.
Teleqraf.com xəbər verir ki, Xoşqədəm Hidayətqızı bu sözləri qeyd edib: "İndi Tərtərdən çıxdıq, Füzuliyə gedirik. Allah əsgərlərimizi, ordumuzu qorusun. Tərtərdə düşmənin atəşi dayanmır, amma ordumuz layiqli cavab verir. Dualarımız sizinlədir, bizim qəhrəman oğullarımız! Rəbbim sizi qorusun! Tez bir zamanda qələbə xəbərini verəsiniz. Səbrsizliklə o günü gözləyirik. Rəbbim dövlətimizi, millətimizi, ordumuzu qorusun".