17 Oktyabr 2014 10:00
2 897
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən gün Türkiyədə keçirilən “Mercedes-Benz Fashion Week İstanbul” moda nümayişində podiuma azərbaycanlı model Günay Musayeva çıxıb.

Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, Günay modelyer Çiğdəm Akının dəfiləsində səhnəyə çıxıb. "Cənnət və rəngləri" adı ilə təqdim olunan dəfilədə 2015-ci ilin dəbi nümayiş olunub.

Nümayişdə ən cəsarətli libası azərbaycanlı model G.Musayeva geyinib. O, əynindəki transparan paltarla diqqət çəkib.

Teleqraf.com fotoları təqdim edir :

Rüstəm


Müəllif:

Oxşar xəbərlər