14 Noyabr 2020 12:53
2 697
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin məşhur aktyoru Hüseyn Avni Danyal Azərbaycanı qələbə münasibəti ilə təbrik edib.

Aktyor Teleqraf.com-a eksklüziv açıqlamasında bu sözləri deyib: "Azərbaycanın adına çox sevindim. Çünki bilirəm və savaşı yaxından izləyən bir insan kimi məlumatım var ki, Qarabağ sizin əzəli torpaqlarınızdır. Əlbəttə ki, siz savaşmalıydınız. Və həqiqətən də çox sevinirəm ki, müharibədə qələbə qazandınız.

Ölkəmiz adından xeyirli olsun deyirəm. Hər zaman yanınızdayıq, nəinki sənətdə, mədəniyyət sahəsində, eləcə də bütün sahələrdə sizinləyik. Siz bizim qardaş ölkə olaraq bizim yanımızdasınız. Çox xoşbəxtik və bu sevinci bizimlə paylaşdığınıza görə sizə minnətdarlığımı bildirirəm".

Qeyd edək ki, bir çox reytinqli seriallarda baş rollarda oynayan Hüseyn Avni Danyal "Kurtlar Vadisi Pusu" ilə məşhurlaşıb.





Müəllif: Rəqsanə Həsənova