12 Yanvar 2021 12:54
1 014
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müğənni Nura Suri yeni işini təqdim edib.

Teleqraf.com xəbər verir ki, “Düşünürdüm” adlı mahnının söz və musiqisi Buzza, aranjemanı isə Emin Kərimə məxsusdur. Mahnı musiqi platformalarında və sənətçinin yutub kanalında yerləşdirilib. İfa tərzində və görüntüsündə yeni tərzə üstünlük verən Nura Suri fotosessiya da etdirib.

O, dünyaca məşhur “Vogue” dərgisinin azərbaycanlı fotoqrafı Elimaxography-nin (Elşən Hüseynov) obyektivinə pozlar verib.

Qeyd edək ki, Nura Suri yeni musiqi şirkəti ilə də müqavilə imzalayıb. O, sözügedən mahnıya klip çəkdirməyə hazırlaşır. Sənətçi bildirib ki, il ərzində bir neçə yeni mahnı və klip təqdim edəcək.



Müəllif: Teleqraf.com