Türkiyəli məşhur müğənni Hadisə sevgilisi, aktyor Kaan Yıldırım ilə yenidən bir araya gəlib.
Teleqraf.com xəbər verir ki, Hadisə reklamın üzü olduğu bir markanın təqdimat mərasimində Kaan Yıldırımla barışdığını etiraf edib:
"Böyük danışmamalıyıq, hamımız insanıq. 2020-ci ildə hansımızın psixologiyası yerində idi? Qadınlar duyğularını içdən yaşayırlar. Hər şey yaxşıdı, indi çox xoşbəxtik".
Hadisə sevgilisi ilə barışdıqdan sonra İnstaqram hesabında ilk fotosunu paylaşıb.