9 Aprel 2021 12:46
887
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müğənni Səidə Sultan onu polisə verən həmkarı Amina Şirini təhdid edib.

Teleqraf.com xəbər verir ki, Səidə Sultan İnstaqram hesabında bu sözləri yazıb: "Yenə deyirəm, yaxşı etmişəm, söyüş söymüşəm. Qarşıma çıxsan, üzünə söyəcəm. Məni şantaj edirsən?! Cinayət işi açdıracam. Mənim üçün ailə qədri bilən olublar. Gör kimlər ailədən danışır... Ət tökən, get işinlə məşğul ol".

Müğənni xalq artisti Röya Ayxana da söz atıb: "Tayılı tayını tapar, elə ikiniz də eyni yaşayış tərzinin adamlarısız. Sizin qanınızı içərəm!"

Qeyd edək ki, Amina Şirin Səidə Sultandan polisə şikayət edib. Bunua səbəb Səidə Sultanın müğənninin ünvanına söyüş söyməsi olub.


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər