25 Aprel 2021 11:58
3 194
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xalq artisti Röya Ayxan Xəzər televiziyasında qonaq olub.

Teleqraf.com xəbər verir ki, xalq artisti yeni evinə köçdüyünü deyib:

"Yeni evimə köçmüşəm. Bir nəfər dedi ki, bu qədər oxuyur və ilk dəfədir ki, öz mənzilinə köçür. O söz məni tutdu. Ailə üzvlərim üçün aldığım evlər də mənim sayılır, qardaşlarım, bacım üçün və s. Bilirsiniz ki, ailə quranda bağ evim, həyətimdə maşınlar var idi".

Xalq artisti keçmiş həyat yoldaşı Anar Cəlilov ilə evliliyindən də danışıb: "Mən ailə quranda dedilər ki, hər şeyi var. Səviyyəli oğlana ərə gedib. Anarla bir-birimizi sevib, evlənmişik. Ailə qurandan altı ay sonra ailəsi bizi qəbul elədi. Biz ayrılanda bir çox problemlər var idi. Həyatımda ən çox qorxduğum faiz məsələsini yaşadım. Atamın evinə qədər satdım. İndi ondan da yaxşı mənzil almışam. Yeddi il əvvəl hər şeyi sıfırdan başladım.

2015-ci ildə torpaq aldım. Hələ də bağ evini tikdirirəm. Mən o, qadınam ki, 15 il ərzində yığdığımı bir gün ərzində itirdim. Mən həyat yoldaşımın ikinci həyat yoldaşı idim. Biz tanış olanda onun birinci evliliyindən bir oğlu var idi. Və doqquz ay idi ki, həyat yoldaşından boşanmışdılar. Hamı da dedi ki, mən Anarla bir yerdə olanda o, ailəli idi. Qətiyyən! Mən boşandıqdan sonra da Anar bir ildən sonra evləndi.

Belə çıxır ki, o, qız da mən ola-ola Anarın həyatında olub. Biz Anarla başqa məsələlərə görə ayrılmışıq. Çətinlik məni çox yordu. Mən ona xoşbəxtlik arzu edirəm. İnşallah bu qızla ailəsi davam edər".


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər