Türkiyədə yaşayan xalq artisti Azərin Şuşa haqqında təssüratlarını bölüşüb.
Teleqraf.com xəbər verir ki, "Xarıbülbül" musiqi festivalında iştirak edən Azərin bu sözləri qeyd edib:
"Allah Şuşaya getməyi qismət etdi, şükürlər olsun. Əlbəttə, hər qarışında şəhidimizin, qazimizin qanı var. Şuşa qayanın üzərində yerləşən bir şəhərdir. Bizim sücaətli əsgərlərimiz Şuşanı yenidən yurd etmək üçün qayalıqları ayaqla qalxıblar, qan töküblər, can veriblər.
Qayalıqları görəndə çox kövrəldim, amma kövrəlməklə yanaşı da fəxarət hissi keçirdim. Biz hər zaman yadda saxlamalıyıq ki, kimlərin sayəsində Şuşaya getdik... Azərbaycanın oğullarının sayəsində buradayıq. Danışarkən də kövrəlirəm. Şuşaya gedən hər bir vətəndaşımız namaz qıldılar. Bu, çox başqa bir hissdir. Bayram namazını Yuxarı Gövhər ağa məscidində qıldıq.
Hər bir insana onun vətəni, torpağı müqəddəsdir. Bu ana vətənə, müqəddəs torpağa ayaq basmaq insanı kövrəldir. 28 ildən sonra Şuşaya gəlmək başqadır. Əziz şəhidlər, haqqınızı halal edin. Sizin sayənizdə bu gün burdayıq. Biz heç vaxt bunu unutmamalıyıq. Yaşasın Azərbaycanın müzəffər ordusu.
Allah Ali Baş Komandamızdan razı olsun ki, əmr verdi və dünyaya nə qədər böyük, qəhrəman millət olduğumuzu yenidən təsdiqləmiş olduq. 28 ilin boynu büküklüyü üzərimizdən qalxdı. Bu gündən sonra şəhidlərimizin, qazilərimizin ailələri bizə əmanətdir".