18 İyun 2021 22:13
5 312
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müğənni Şəbnəm Tovuzlu “Qorxuram səni itirməkdən” mahnısına çəkilən klipini təqdim edib.

Teleqraf.com xəbər verir ki, müğənni yeni mahnısının yayı hiti olacağına inandığını deyib: “Mahnı ilk dinlədiyim anda ürəyimə yatdı. Sonra bəstəni kliplə təqdim etmək qərarına gəldim. Bu cür mahnılar daha çox payız aylarında təqdim olunur. Yayda şən mahnılara üstünlük verilir.

Mən bir müddət öncə “Baldı balam”ı təqdim etdim, tam şən əhval-ruhiyyəli mahnı idi. Düşündüm ki, yay fəsli olsa da, “Qorxuram səni itirməkdən” dinləyicilərimə sürpriz olsun. İnanıram ki, tamaşaçıların da ürəyincə olacaq”.

Qeyd edək ki, sözləri Şərafəddin İlkin, musiqisi Tural Sedalıya məxsus bəstəni İsmayıl Əlizadə aranjeman edib. Mahnıya rejissor Xəyal Qarayev ekran həyatı verib.


Müəllif: Teleqraf.com