Əməkdar artist Mətanət İsgəndərli Xəzər televiziyasında "Təsir Dairəsi" verilişinin qonağı olub.
Teleqraf.com-un xəbərinə görə, Mətanət İsgəndərli gəlini Canananın ittihamlarına cavab verib:
"Oğlum onun avtomobil sürməsini istəmirdi. Günahkar mənəm, məni asın, öldürün... Kərim dedi ki, mama, o, maşın sürməsin, salon açmasın. Avtomobili ona mən almışdım. Gözəllik salonunu isə xəbərim olmadan açıb.
Türkiyədə qızımın yanında idim. Bir ay yarım qızımın yanında qalmışdım. Gəlib şoka düşdüm, qaynanadan xəbərsiz, ərini qışqırda-qışqırda qızıllarını satıb, ordan-burdan borc tapıb, gözəllik salonu açıb. İki-üç ay salona getmədim. Ağlaya-ağlaya gəlib dedi ki, "sən mənim anamsan, dəstək ol, gözəllik salonumu reklam edim". Dedim, həyat yoldaşın sənin işləməyini istəmir, uşaqları böyüt, bu sənin üçün ən böyük işdir.
Anasının ruhuna and içdi ki, gözəllik salonunu onlayn idarə edəcək. Amma tam əksi oldu, bu insan evdə tapılmadı. Uşaqlar nəyə görə anaları ilə yaşamaq istəmirlər?! Uşaqlar tənhalıqdan, sevgisizlikdən qorxurlar. Ana evdə tapılmır... Uşaqlar evdə qayğısızlıqdan tək qalıblar.
Biz Kərimlə altı ay Moskvada olduq. Oğluma deyir ki, get kiminlə istəyirsən evlən. İki gündən bir uşaqlara deyirdi ki, acsınız, qazımız kəsilib. Uşaqlardan silah kimi istifadə edirdi.
Mən uşaqları ondan almamışam. Biz Moskvadan gələndə, hava limanında olanda uşaqlar zəng etdilər ki, gəlirsiniz?! Üç aydır, Bakıdayam. Uşaqlar bizimlədir və deyirlər ki, biz anamıza getmirik. Gəlsin uşaqlarını da gəzdirsin. Hətta uşaqları sürücü ilə onun yanına göndərirəm.
O, dayısının boşanmış arvadının evində qalır. Niyə mənim nəvələrim orada yaşamalıdırlar?! Sabah el məni qınamaz ki, sən hara baxırdın?! Mən uşaqları ona versəm, deyəcəklər ki, Mətanət balalarını atdı. Hansı ata uşağına işgəncə verər? Özü uşaqlarını döyməyib?
Kərimə deyib ki, Avropadakı kimi sən özün üçün, mən də özüm üçün yaşayım".
Qeyd edək ki, Kərim ilə Canananın üç övladı var.