Uzun müddətdir səhhətində problem olan meyxanaçı Ağakərim yenidən insult keçirib.
Teleqraf.com xəbər verir ki, bu haqda meyxanaçı Ağamirzə Məmmədov "Günün sədası" proqramında deyib.
O bildirib ki, Ağakərim bir həftə əvvəl yenidən insult keçirib. "Əsməyə başlayıb, gözləri qaraldı. Həkim gətiriblər, deyib, yenə insult yeçirtdi" deyə, meyxanaçı söyləyib.
Qeyd edək ki, 2017-ci ildə Ağakərimin beyninə qan sızıb. O, hazırda yataq xəstəsidir.