13 Yanvar 2022 14:35
850
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əməkdar artist Bəhram Bağırzadə Daxili İşlər Nazirliyi (DİN) tərəfindən qayda pozan vətəndaşların üzr videoları yaymasına bildirdiyi münasibətlə bağlı əlavə açıqlama verib.

Əməkdar artist Teleqraf.com-a açıqlamasında DİN-i deyil, alkoqolik və pis vərdişləri olan insanları tənqid etdiyini bildirib:

"Zərərli vərdişləri olan insanlara kömək edirəm ki, bu işə əl atmasınlar. Videoda polis polkovnikinin oğlu kimi çıxış edirəm və DİN-ə kömək etməyə çalışıram. Teatr sənətinin ən birinci vəzifəsi insanları, vətəndaşları tərbiyə etməkdir. Kim elə düşünürsə, savadsız, dar düşüncəli insandır. 22 ildir ki, alkoqollu içkilərdən və tütündən uzaqlaşmışam. Ona görə də istəməzdim ki, ölkəmizdə bu kimi hallar olsun.

Mənim də qohum-əqrəbalarım arasında çoxlu kasıb insanlar var. O video da mənə çox təsir etdi. Mən DİN-ə təklif edirəm ki, sosial möczuda roliklər çəksinlər, əlbir olmaq lazımdır. 80-ci illərə qədər teatrla DİN arasında əməkdaşlıq olub. Tanınmış insanlar vasitəsilə yol-hərəkət qaydaları və cəmiyyətdə baş verən hadisələrlə bağlı sosial çarxlar çəkilsin ki, insanlar nəticə götürsünlər. Sivil ölkələrdə bu hal mövcuddur və Azərbaycanı da sivil ölkə hesab edirəm".

Qeyd edək ki, bir neçə gün əvvəl isə bu cür videosu yayılan Samid Bağırov adlı şəxs və bayraqla maşınını təmizlədiyi bildirilən 72 yaşlı taksi sürücüsü olub. "Gelandewagen" sürücüsü Samid isə aztəminatlı şəxsləri təhqir edib.


Müəllif: Rəqsanə Həsənova