İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlu müğənni Sezen Aksunu müdafiə edib.
Teleqraf.com xəbər verir ki, Əkrəm İmamoğlu Tvitter hesabında belə yazıb: "Sənətçidir, danışacaq. Sənətçilər bu ölkənin iç səsidir. Kimsə gündəmi dəyişmək üçün bu səsi kəsə bilməz".
Qeyd edək ki, Sezen Aksu Türkiyədə "Bir şey yaşamaq" adlı mahnısında "Salam söyləyin o cahil Həvva ilə Adəmə" sözlərinə görə ciddi etirazlarla qarşılaşıb.