27 Yanvar 2022 13:45
535
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xalq artisti Brillianr Dadaşova daim insanlar tərəfindən pisliklərə məruz qaldığını açıqlayıb.

Teleqraf.com xəbər verir ki, xalq artisti bu sözləri qeyd edib: "Mən balaca olanda qonşudakı bir qızın gözəl anası vardı. Etdiyi pislikləri anası ört-basdır edirdi. Onun yaramazlığı üstümə də atılardı. Mən hər zaman müqəssir, o, tərtəmiz çıxırdı. Həyatın qanunu o vaxtdan öyrənmişəm. Arxalı köpək qurd basar. Bunu əzbərləmişəm, amma gec-tezi var. Yalanları çox gizli qalmayıb, üzə çıxıb. Kiməsə quyu qazanlar heç vaxt xeyir tapmayıb. Sən yazdığını yaz, bax gör Allah nə yazır.

Aldığım bu dərslərin xeyri də az olmadı.

Tək özümə güvəndim, uman yerim qalmadı.

Qartal göylərdə uçar, o da səmada təkdir.

Arxası bərk olsa da köpək yenə köpəkdir.

Bu həyat məktəbinin bir də yararı oldu. Qəlbimin qərarı köpəklərdən qorunmaq oldu".


Müəllif: Rəqsanə Həsənova