10 Fevral 2022 21:27
707
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nizami Kino Mərkəzində türkiyəli rejissor Selahattin Sancaklı, aktyor Ertuğrul Şakar, prodüser Yalçın Çoban və “Eslem Film”in rəhbəri Metin Yücelin iştirakı mətbuat konfransı baş tutub.

Teleqraf.com xəbər verir ki, rejissor
Səlahəddin Sancaklı Azərbaycanda Qarabağ müharibəsindən bəhs edən film çəkəcəyini açıqlayıb: "Şuşa ilə bağlı film çəkəcəyik. Film cənab prezident İlham Əliyevin "Bizim işimiz haqq işidir. Biz zəfər çalacağıq" fikri ilə başlayacaq. Qarabağda şəhid olan bütün şəhidlərimizə Allah rəhmət etsin. Filmlə bağlı görüşlərimiz baş tutub. Ssenari hazırdır, filmi iyul-avqust aylarında başlamağı düşünürük".

Aktyor Ertuğrul Şakar Şuşa haqqında çəkilən filmdə rol alacağını açıqlayıb: "Filmdə türk və Azərbaycan aktyorları olacaq. Ekran əsərində Türkiyənin ən tanınmış aktyorları iştirak edəcəklər. Film Qarabağ müharibəsi zamanı Şuşada baş verən hadisələrə həsr ediləcək".

Prodüser Yalçın Çoban isə deyib ki, Qarabağ haqqına filmi "Eslem Film" tərəfindən çəkiləcək: "Bakıda ikinci işimizi təqdim edəcəyik. 22 ildir bu sahədə çalışırıq və gördüyümüz işlər ortadadır".


Müəllif: Rəqsanə Həsənova, Foto: Ceyhun Rəhimov

Oxşar xəbərlər