Gənc müğənni Sevinc Ağaşirinova Türkiyə mətbuatında "Azərbaycanın divası"adlandırılmasına münasibət bildirib.
Teleqraf.com xəbər verir ki, Türkiyədə gördüyü diqqətdən məmnun qalan ifaçı bu cür adlandırılması münasibət bildirib:
"Yazılan xoş sözlərdən məmnunam, başqa bir ölkədə də diqqət görmək xoşdur. Məni "Azərbaycanın ən gözəl müğənnisi", "Azərbaycanın divası" adlandırmaları müəyyən söz-söhbətlərə səbəb olub. Bəziləri düşünür ki, mən özümü bu cür təqdim etmişəm və ya özüm-özümü diva adlandırmışam. İlanla rəqsim Türkiyə mətbuatının diqqətini çəkib. Türkiyədə olanda da mənə bildirdilər ki, bizim səhnədə belə bir müğənni yoxdur. Bu cür söhbətlər məni narahat edir. Mən öz sənətimlə ciddi məşğul olan, üzərində var gücü ilə çalışan gənc müğənniyəm. Uğurlarım qarşıdadır. Hamı bilir ki, ölkəmizin divası xalq artisti Aygün Kazımovadır. O, illərlə bu sənətdə can qoyub və bu ada layiqdir. Mən isə gələcəkdə uğurlarım sayəsində fərqli ada layiq görülmək istəyirəm. Aygün xanıma da uğurlar arzulayıram".
Rüstəm