Ötən gün bəstəkar İmruzə Hüseynovanın 60 illik yubileyi münasibətilə konsert keçirilib.
Teleqraf.com xəbər verir ki, Heydər Əliyev Sarayında keçirilən "Darıxmışam sənin üçün" adlı gecədə bir çox tanınmış simaları iştirak edib. Konsertdə xalq artisti Flora Kərimova, əməkdar artistlər Almaz Ələsgərli, Tünzalə Ağayeva, Abbas Bağırov, Lalə Məmmədova, müğənnilər Samir Piriyev, Rəşad İlyasov, Aygün Mahmudova, Murad Sadıx, Cəlal Abbasov, Mirkamil Kamilov, Vaqif Şıxəliyev, Elnar Haşımov və başqaları çıxış ediblər.
Murad Dadaşov və İlahə Şıxlinskaya aparıcılıq etdiyi gecədə İmruzə Hüseynovanın bəstələdiyi instrumental əsərlər və rəqs nömrələri nümayiş olunub.
Xatırladaq ki, bəstəkarın bundan əvvəlki illərdə Rəşid Behbudov Adına Mahnı Teatrı və Dövlət Filarmoniyasında da yaradıcılıq konsertləri baş tutub.
Teleqraf.com gecədən olan fotoları təqdim edir :
Rüstəm