Tanınmış aktrisa Tuba Büyüküstün reklam siması seçilib.
Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu dəfə aktrisa uşaq bezlərindən birinin siması olub. O, Cənubi Afrika, Yaxın Şərq və ərəb ölkələrində satışa çıxarılacaq məhsulun reklam çəkilişləri üçün 16 uşaqla birlikdə kameralar qarşısına keçib.
Torpaq və Maya adlı əkiz qızları olan Tuba burada da ana rolunu canlandırıb.
Aktrisa reklama çəkilişi üçün 1 milyon dollar alacaq.
Teleqraf.com fotoları təqdim edir :
Rüstəm