Tanınmış müğənni Kayahan həyat yoldaşı İpək Acara sürpriz edib.
Teleqraf.com "Hürriyet"ə istinadən xəbər verir ki, ifaçı xanımına uzun zamandır istədiyi avtomobili satın alıb. Sürpriz qarşısında çox xoşbəxt olan İ.Acar Kayahanla birlikdə yeni maşınının yanında çəkdirdikləri şəkli "Instagram" hesabında paylaşıb.
"Həyat yoldaşımın sürprizi məni çox xoşbəxt etdi" deyən İpək sənətçinin səhhəti ilə bağlı bunları yazıb:
"Müalicəsi davam edir. Hər şey yaxşı gedir".
Xatırladaq ki, daha əvvəl də iki dəfə xərçəngə qalib gəlib. Yenidən xəstəliyə tutulan Kayahan sonuncu dəfə 10 ay əvvəl – fevralda xəstəxanadan çıxarkən görüntülənib.
Teleqraf.com fotoları təqdim edir :
Rüstəm