“O səs Türkiyə” musiqi müsabiqəsində parlayan və türk mediasının diqqətini çəkən azərbaycanlı yarışmaçı Elnur Hüseynov daha bir uğura imza atıb. O, Türkiyənin TV 8 kanalı ilə 1,5 milyon avroluq müqavilə bağlayıb.
Teleqraf.com-un məlumatına görə, Elnur sözügedən kanalda böyük bir layihədə iştirak edəcək.
Elnur qeyd edib ki, veriliş Türkiyənin hündür binalarında çəkiləcək. Çünki məşhur modellər verlişə məhz helikopterlə qatılacaqlar.
Gənc ulduz bununla bağlı söyləyib ki, Adriana Lima ilə birlikdə moda verilişi aparacaq: “TV-8 kanalında çox böyük bir layihə başlayır. Bu verilişə Türkiyənin və dünyanın müxtəlif ölkələrindən məşhur oğlan və qız modellər qatılacaq. Qalib 20 milyon dollar qazanacaq.
Qalibləri münsiflər seçəcək. Mən aparıcılıqla yanaşı, həm də münsiflər heyətinə daxiləm. Digər üzvlər Adriana Lima, Megan Fox, İvana Sertdir. Bu layihə ilə bağlı Acun bəylə bir illik müqavilə imzalamışam.”
İLHAMƏ