16 Noyabr 2022 14:39
837
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Avroviziya” qalibləri Nigar Camal və Eldar Qasımov yeni layihəsini təqdim edib.

Teleqraf.com xəbər verir ki, sənətçilər fərqli repertuara müraciət ediblər. “Qoy, getsin!” adlanan layihədə illərdir insanların dilində əzbər olan şanson və milli mahnılar ifa edilib.

Nigarla Eldar mahnı üçün kamera qarşısına da keçib. Klip Bakının “Sovetski” adlanan məhəlləsində və Xızıda lentə alınıb. Eko Ağalarovun ekranlaşdırdığı layihənin rejissorluğu və ssenari müəllifi Nigar Camaldır.

Müğənnilər yeni mahnıları haqda “Biz istədik ki, illərdir dilimizdə əzbər olan, beynimizin bir yerinə həkk olan bu mahnıları daha müasir formada təqdim edək. Ümid edirik ki, hər kəsin ürəyincə olacaq!”, - deyə bildiriblər.

Klipdə aktyorlar Əlixan Rəcəbov və Məcid Hüseynov da rol alıb. Sənətçilərin ekran işindəki amerikansayağı obrazları da diqqət çəkib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər