14 Dekabr 2022 09:27
1 148
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünya şöhrətli müğənni Adel maraqlı açıqlamaları ilə diqqət çəkib.

Las-Veqas şouları zamanı canlı ifa etməkdən qorxduğu üçün terapiya almağa başladığını deyən Adelin digər etirafı keçmiş həyat yoldaşı barədə olub.

Teleqraf.com xarici KİV- ə istinadən xəbər verir ki, müğənni keçmiş həyat yoldaşından boşanarkən gündə beş dəfə müalicə aldığını bildirib.

Adel oğlunun atası Simon Koneckinlə 2019-cu ildə boşanıb.

Müğənninin digər etirafı isə təəccüb doğurub. Müğənni bildirib ki, böyük tədbirlərdə çıxış etmək onu “qorxudur” və bu barədə mütəmadi olaraq terapevti ilə danışır.

“Mən musiqi ifa etməyi sevirəm, amma canlı ifada məni qorxudan və dəhşətə gətirən bir şey var. Sonuncu dəfə canlı turneyə çıxanda bunu bacardığımı sübut etmək üçün cəsarətlənmişdim. Mən böyük turne sənətçisi deyiləm”.


Müəllif: Pərvin Cəfərova

Oxşar xəbərlər