17 Yanvar 2023 16:41
6 350
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müğənni Manaf Ağayevlə Xəzər televiziyasında yayımlanan "Xəzər axşamı" verilişinə çıxmaqdan imtina edən ifaçı Ceyhun Səmədov danışıb.

Ceyhun Səmədov Teleqraf.com-a açıqlamasında Manaf Manayevlə qərəzi olmadığını deyib: "Bizim kiminləsə şəxsi problemimiz yoxdur. Manaf Ağayevlə verilişə çıxmamaqda məqsəd konsept məsələsidir".

"Televiziyalara çıxan zaman hansısa kriteriya qoyursunuz" sualına ifaçı: "Əlbəttə, kriteriyamız var",-deyə cavab verib.

İfaçının prodüseri Şubay Şubayev də saytmıza açıqlamasında ifaçının Manaf Ağayevlə efirə çıxmamasına reaksiya göstərib: "Bizim Manaf Ağayevlə və verilişdəki digər qonaqlarla heç bir problemimiz yoxdur. Biz verilişdən də hörmətlə imtina etdik. Biz konseptə fikir verərək müğənnimizi efirə çıxarırıq".

"Manaf Ağayevi efirdə özünüzə yaraşdırmadınızmı" sualına cavbda prodüser deyib: "Yaraşdırmaq məsələsindən söhbət getmir, konseptlərimiz və dinləyicilərimiz eyni deyil. Manaf Ağayev və verilişdə iştirak edən müğənni xanıma iradımız yoxdur. Özümüzə yaraşdırmırıq və uyğun bilmədik kimi söhbətləri deyil. Qətiyyən... Sadəcə auditoriyamız eyni olmadığına görə dinləyicilərə heç nə verə bilməyəcəkdik. Bu, normal yanaşmadır. Manaf Ağayevlə tanış deyilik. Tanış olsaydıq belə konsept uyğun olmadığına görə yenə efirə çıxmazdıq".

Qeyd edək ki, “Tufan var” mahnısı ilə məşhurlaşan ifaçısı Ceyhun Səmədov müğənni Manaf Ağayevlə efirə çıxmaqdan imtina edib. Verilişdə Manaf Ağayev və Ülviyyə Namazova iştirak edib.

Manaf Ağayev isə Ceyhun Səmədovun onunla verilişə qatılmamasına belə reaksiya göstərib: “Allah ruzisini versin. Amma o sözü deyibsə, Allah onun ruzisini verməyəcək. Mənə zəng etsin, görüm niyə gəlməyib? Mən onun yaşı qədər sənətdəyəm, heç soruşmamışam ki, efirdə qonaq kimdir?”.



Müəllif: Rəqsanə Həsənova