Xalq artisti Zülfiyyə Xanbabayeva 2025-ci ildə ilk musiqi layihəsini təqdim edib.
Teleqraf.com xəbər verir ki, “Nələr gördüm” adlı mahnının müəllifi Vüqar Sübhandır.
Bəstənin aranjimanı Samir Sultanova, səs prodüseri İsmayıl Əsədova və səs uzlaşması Emin Kərimə (STKHA) məxsusdur.
Layihənin rejissoru Delee Orucludur.
Xanbabayevanın klipdə şəklini Niko Abbasov çəkib və stili üzərində Elnur Həsənov çalışıb.
Qeyd edək ki, layihənin prodüseri Nigar Hacızadə və menecer isə Veysəl Əsgərzadədir.