Azərbaycan “Avroviziya” heyətində yeni təyinat olub.
Komandanın yeni media rəhbəri seçilən Turab Teymurov Teleqraf.com-a açıqlamasında bu sözləri deyib:
"Hər il olduğu kimi bu il də güvəndiyimiz təcrübə və komanda ruhu ilə, ölkəmizi yüksək səviyyədə təqdim edəcəyimizə tam əminəm.
Avropanın ən böyük mahnı müsabiqəsində iştirak etmək, yalnız musiqi deyil, həm də mədəniyyətimizi, yaradıcılığımızı və irsimizi tanıtmaq üçün bir fürsətdir. Qürur hissi ilə deyə bilərəm ki, bu mötəbər yarışda artıq mənim də əməyim olacaq. Yeni mərhələdə dəstəyinizi və marağınızı gözləyirəm. Birlikdə Azərbaycanın adını daha da ucaldacağıq!"
Qeyd edək ki, Turab Teymurov “Formula 1” və digər böyük layihələrdə fəaliyyət göstərib.