7 Yanvar 14:50
500
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tanınmış müğənni, aktrisa Cennifer Lopez və aktyor Ben Afflek rəsmən boşanıblar.

Teleqraf.com xəbər verir ki, bu barədə "People" məhkəmə sənədlərinə istinadən məlumat yayıb.

Bildirilir ki, ikili boşanma ilə bağlı maliyyə məsələlərində razılığa gəliblər - hər biri nikah zamanı fərdi olaraq əldə etdikləri ilə qalır.

Afflek "Artists Equity" prodüser şirkətindəki payını saxladı. İkili ümumi evlə bağlı fikir ayrılıqlarını həll ediblər. Müqavilənin şərtləri məxfidir.


Müəllif: Pərvin Cəfərova

Oxşar xəbərlər