79 yaşında vəfat edən türk sənətçisi Fərdi Tayfurun mirası açıqlanıb.
Teleqraf.com xəbər verir ki, Fərdi Tayfurun mirasının miqyası hər kəsi təəccübləndirib.
Onun Adanada 50 mənzili, İstanbulda 30 mənzili və 6 villası var.
Marmarisdə bir körfəz və yarımadanın Fərdi Tayfura aid olduğu da iddia edilib.
Sənətçi uzun illər musiqi və kino sahəsindən əldə etdiyi gəliri daşınmaz əmlaka yatırıb.