7 Fevral 2023 14:38
791
12 Punto 14 Punto 16 Punto 18 Punto

Jurnalist Mariya Şrayver aktyor Arnold Şvarsnegerdən boşandıqdan sonra kilsəyə üz tutduğunu etiraf edib.

Teleqraf.com “People” nəşrinə istinadla xəbər verir ki, Mariya kilsədə hüzur tapdığını bildirib.

“Boşandıqdan sonra etdiyim işlərdən biri susmaq, hüzur və məsləhət üçün kilsəyə getmək oldu”.

Şrayver qeyd edib ki, baş rahibə ona kilsədə yaşamaq üçün icazə verib və ona hər zaman öz istəyi ilə burdan gedə biləcəyini deyib.

Mariya Şrayverlə Arnold Şvarsneger 25 illik evlilikdən sonra 2011-ci ildə boşanıblar.


Müəllif: Pərvin Cəfərova

Oxşar xəbərlər