21 Fevral 2023 17:00
1 032
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xalq artisti Arif Babayev “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsinə münasibət bildirib.

Arif Babayev Teleqraf.com-a açıqlamasında təəssüratlarını bölüşüb:

"Sərəncamdan xəbərim yox idi. Sizdən eşidib çox sevindim. Dövlətimizin başçısı İlham Əliyevə minnətdarlığımı bildirirəm. Sağ olsun ki, məni bütün ordenlərlə təltif edib".

Xatırladaq ki, bu gün Prezident İlham Əliyev xalq artisti Arif Babayevi “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edib.






Müəllif: Rəqsanə Həsənova