Rəqqasə Fatimə Fətəliyeva köməkçisi Aytac Bayramzadənin səhhətindən danışıb.
Fatimə Fətəliyeva Teleqraf.com-a açıqlamasında köməkçisinin səhhətinin ağır olduğunu deyib:
"Aytac Bayramzadənin səhhəti ağırdır, reanimasiyadadır. Hazırda 1 saylı Şəhər Klinik Xəstəxanasındadır. Bir azdan başqa xəstəxanaya köçürüləcək. Doğum günü evə gedəndə yolu keçən zaman avtomobil onu vurub".
Aytac Bayramzadənin yaxını isə saytımıza açıqlamasında bu sözləri deyib: "Aytac Bayramzadə komadadır. Hazırda təcili tibbi yardım maşını ilə "Baku Medical Plaza"ya köçürülür".
Qeyd edək ki, 1991-ci il təvəllüdlü Bayramzadə Aytac Xalis qızı “Kratos” restoranından çıxaraq əks tərəfə keçmək istəyərkən onu minik avtomobili vurub.