19 Mart 2023 16:06
2 674
12 Punto 14 Punto 16 Punto 18 Punto

Həbs edilən meyxanaçı Rəşad Əmirovun (Rəşad Dağlı) vəkili Elvin Əliyev açıqlaması ilə diqqət çəkib.

Teleqraf.com xəbər verir ki, Elvin Əliyev Rəşad Dağlı haqqında sosial şəbəkədə bu sözləri yazıb:

"Vəkili olduğum şəxslərin içərisində Rəşad bir başqadır. Sakit, tərbiyəli, əxlaqlı bir oğlandır. Milli-mənəvi dəyərlərə qiymət verən dövlətini və Azərbaycan xalqını sevən biridir. Şəhid ailələrinə, qazilərə daim diqqət və qayğı göstərir. Hazırda istintaq təcridxanasında olmasına baxmayaraq yenə də şəhid ailələləri və qazilərlə maraqlanır, diqqətini göstərir.

Dövlətinə düşmənçilik mövqeyi nümayiş etdirənlərin gözünün içinə baxan, dövlətin müdafiəsi üçün sözünü əsirgəməyən və vətən sevgisini hər fürsətdə dilə gətirən oğullardandır Rəşad. Molla rejimini tənqid edən ilk meyxana ustadı həmin dövrdə də təsir və təzyiqlərlə qarşılaşmasına baxmayaraq qətiyətli mövqe nümayiş etdirmişdi. Ancaq qısa onu deyirəm ki, Rəşadı tanımağa dəyər".

Qeyd edək ki, Rəşad Dağlı Qaradağ rayonu Lökbatan qəsəbəsində qonşusu, 43 yaşlı İsgəndər Mehdiyevi qətlə yetirib.



Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər